Rusiya ordusuna əmr verildi
03.04.2015 725 0.0 0

Rusiyanın Orenburq vilayətində bütöv bir raket qoşunu həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Məlumata görə, Strateji təyinatlı raket qüvvələrlərinin 300 texnikası və 3,5 mindən çox hərbi qulluqçusu döyüş hazırlığı vəziyətinə gətirilib.

Bu əməliyyatlar Strateji təyinatlı raket qüvvələrləri komandanının rəhbərliyi altında təlimlər çərçivəsində həyata keçirilir.

Qərargahlarda ən yüksək səviyyədə yoxlamalar aparılır, həmçinin komandanlığın və operativ qrupun praktiki bacarıqları nəzərdən keçirilir. Xüsusilə hərbçilərin nə qədər qısa bir zamanda raket silahlarını və texnikanı döyüş hazırlığı vəziyyətinə gətirilmə bacarığı yoxlanılır.

Təlimlərə raket qoşunları, diviziya və alaylar cəlb edilib. Təlimlərdə həmçinin şərti düşmənin diversiya qruplarının hərbi hissələrə hücumları canlandırılacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar