Tarix: 08.12.2016,   Saat: 00:12, Cümə axşamı.          

Rusiya MN Krım yaxınlığında raket sınaqlarına görə Ukraynaya nota verib

Rusiya Müdafiə Nazirliyi Krım yaxınlığında raket sınaqlarına görə Ukraynanın hərbi attaşesinə nota təqdim edib.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
 
Məlumatda bildirilir ki, Ukraynanın həyata keçirəcəyi təlim Rusiyanın sərhədini poza bilər.
 
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, öz növbəsində, bildirib ki, rəsmi Kiyev Kerç boğazında raket sınaqlarının keçirilməsini planlaşdırmır: “Kerç boğazından qərbdə olan ərazi isə Ukraynanın suveren hava məkanıdır. Ukrayna raket sınaqlarını beynəlxalq öhdəlik və sazişlər çərçivəsində yerinə yetirir”.
 
Qeyd edək ki, dekabrın 1-2-də Ukrayna Krım yaxınlığında raket sınaqları keçirmək niyyətindədir. /APA/



  Bölmə: Manşet | Baxış sayı: 588 | Tarix: 26.11.2016, 14:50


Xəbərlər