Rusiya MN: Hələbdə kimyəvi silahdan istifadə olunub
15.11.2016 615 0.0 0

Noyabrın 13-də Hələbin şərq hissəsində Suriya hökumət qoşunlarına qarşı kimyəvi silahdan istifadə olunub.

 

Rusiya Müdafiə nazirliyindən verilən məlumata görə, nəticədə 30-a yaxın hərbçi müxtəlif dərəcəli zəhərlənmə ilə xəstəxanaya çatdırılıb.

 

Məlumata əsasən, zəhərlənmə mina və yaxud qaz balonun partlamasından sonra baş verib.

 

“Hadisə yerindən götürülən nümunələr zəhərləyici maddə xlordan istifadə edildiyini təsdiqləyib”, müdafiə nazirliyinin məlumatında vurğulanır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar