Rusiya iki günə 4 ölkəni tuta bilər
27.05.2015 1067 0.0 0

Baltikyanı ölkələrin və Kiyevin ələ keçirilməsi üçün Rusiyaya cəmi 2 gün vaxt lazımdır.

Məlumata görə, bu barədə NATO hərbi komitəsinin rəhbəri Pyotr Pavel açıqlama verib.

NATO rəsmisi bu bəyanatı Praqada keçirilən "Bizim təhlükəsizlik" konfransında edib.

Pyotr Pavel bildirib ki, NATO Rusiyanın hücumuna təcili şəkildə reaksiya verə bilməyəcək. Buna səbəb Alyansa üzv 28 ölkənin mövqeyini müəyyən etmək üçün vaxt aparmasıdır.

Onun sözlərinə görə, NATO-nun Rusiya ilə müharibəyə başlaması o qədər də sadə deyil. Moskva nüvə silahlarından istifadə edə bilər.

Bundan əvvəl NATO baş katibi bəyan etmişdi ki, Alyans Rusiyanın nüvə silahından istifadə edəcəyindən narahatdır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar