Rusiya İŞİD-i bombalayır (VİDEO)
01.10.2015 1129 0.0 0

Qərb ölkələri Rusiyanın "İŞİD" terrorçularına qarşı hava hücumlarını həyata keçirməsinə heç bir reaksiya verməyiblər.

ANS PRESS-in məlumatına görə, elan edildiyi kimi bu gün Rusiya tərəfi Suriyada "İŞİD" teror qruplaşmasına qarşı hava hücumları həyata keçirib.

BMT Təhlükəsizlik şurasının iclasında müzakirə olunan əsas mövzulardan biri də bu idi. Təhlükəsizlik şurasının iclasında Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da iştrak edib.

 


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov

 

Təhlükəsizliyinin Şurasının əsas iclası Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sədrliyi ilə keçirilib.

Şuranın əsas mövzusu olaraq Yaxın Şərqdə və Şimali Afrikada olan terror qruplaşmalarına qarşı müharibə elan olunub.

Hadisənin regiondakı vacibliyini nəzərə alaraq Rusiya tərəfi Təhlükəsizlik şurasına daxil olmayan ölkələri də keçirdiyi tədbirə dəvət edib.

Region ölkələrinə Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İsrail, İraq, İran və digər mübarizəyə aidiyyatı olan ölkələr daxildir. 

 

 


Ölkələrin xəritədəki mövqeyi

 

Beynəlxalq təşkilatlar olan Avropa İttifaqı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı da keçirilən tədbirdə iştrak edirdi. 

Sergey Lavrov bildirib ki, "Biz Suriyada siyasi proseslərin sabitləşməsi üzrə addımları müzakirə etdik. Biz istəyirik ki, Suriya bütün dini qrupların hüquqlarına hörmət edən və hüquqlarına dövlət tərəfindən zəmanət verilən dünyəvi, təhlükəsiz dövlət olsun. Aramızda bu sahədə fikir ayrılıqları var. Fikir ayrılıqları özünü detallarda göstərir", deyə Lavrov bildirib.

Bununla yanaşı Con Kerri isə öz fikrini belə şərh edib. "Bu münaqişənin həlli yollarını tapmaq lazımdır. Bu konfliktin daha da böyüməsinin qarşısını almaq vacibdir." 

 

 

Con Kerri-ABŞ-ın dövlət katibi

 

Onun sözlərinə görə, "Biz elə etməliyik ki, Suriya demokratik, dünyəvi dövlət kimi qalsın. Biz razılığa gəldik və bu istiqamətdə işləyəcəyik, əlaqə saxlayacağıq", - deyə Kerri bildirib. Sergey Lavrovla olan görüşünü isə konstruktiv adlandırıb.

 


İŞİD-in bombalanması videosu


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar