Rusiya Ermənistana yeni texnika verir
27.05.2015 698 0.0 0

Rusiya Ermənistandakı hərbi bazasının silahlanmasına BTR-80 zirehli transportyorun bazasında “İnfauna” radioelektron mübarizə vasitəsi (REM) daxil edib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yeni texnika ilə iyun ayından etibarən şəxsi heyətin təlimləri keçiriləcək. 

“AzeriDefence”-nin məlumatına görə, geniş diapozonlu, yüksək sürətli radio kəşfiyyatının aparılması üçün nəzərdə tutulan “İnfauna” eyni zamanda şəxsi heyətin və obyektlərin radiosiqnallarla idarə olunan mina-partlayıcı qurğulardan mühafizəsi, rəqibin optic və radiotexniki kəşfiyyat vasitələri ilə mübarizə aparmaq imkanına malikdir.

“İnfauna” REM kompleksinin növbəti partiyası isə 102-ci bazanın silahlanmasına cari ilin sonuna qədər daxil olacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar