Rusiya BMT-yə yeni səfir təyin edib
27.07.2017 760 0.0 0

Rusiyanın BMT-dəki yeni daimi nümayəndəsi təyin olunub.

 

Məlumata görə, prezident Vladimir Putin xarici işlər nazirinin müavini Vasili Nebenzyanın Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunması haqqında sərəncam imzalayıb.

 

Prezidentin digər sərəncamı ilə V. Nebenzya Rusiya XİN başçısının müavini vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, Rusiyanın  BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin qəfil ölümündən sonra bu vəzifə boş qalmışdı. V. Çurkin bu ilin fevralında Nyu-Yorkda vəfat edib. O, bu vəzifəni 2006-cı ilin aprelindən tuturdu./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar