Rusiya - «Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru» mövzusunda Dəyirmi masa keçiriləcək
05.02.2016 462 0.0 0

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasında fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli işlər görülməkdədir.Məhz bunları nəzərə alaraq, bu il fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin birgə təşkilatçılığı ilə “Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda Dəyirmi Masa keçiriləcək.

Görüşdə ölkəmizdə fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivləri, onların işlə təmin olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün şəraitin yaradılmasında beynəlxalq təcrübədən faydalanmaq, nəzəriyyə və təcrübə vasitəsi ilə onların icbari məktəbəqədər təhsilə, həmçinin müəyyən bacarıqlara yiyələnmək imkanları müzakirə olunacaq. Ümumilikdə bu sahədə görülən işlərin səmərəliliyinə, mövcud problemlər, onların həlli yollarına və bu istiqamətdə meydana gələn digər məsələlərə aydınlıq gətiriləcəkdir.Tədbirdə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyindən və ali təhsil müəssisələrindən nümayəndələr, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, fiziki imkanları məhdud insanlarla iş sahəsində təcrübəsi olan qeyri-hökümət təşkilatlarından mütəxəssislər və alimlər iştirak edəcəklər. 

Bildirək ki, Tədbir 9 fevral 2016-cı il tarixində saat 13.00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının  3-cü mərtəbəsində yerləşən “SMART- ROOM”  otagında keciriləcək.AMEA-nın İnsan Hüquqları İnstitutu ilə rəsmən qarşılıqlı əməkdaşlıq edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi adından bu mövzuya marağı olan hər bir kəsi həmin Dəyirmi masaya  dəvət olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar