RUSİYA NATO-NU DÜNYA SAVAŞINA HAZIRLAŞMAQDA İTTİHAM ETDİ
06.02.2015 777 0.0 0

NATO müdafiə nazirlərinin 05 fevralda  Brüsseldə başlayan yığıncaqı davam edir. Toplantının ana gündəm mövzularından biri də qarşıdurmaların təkrar şiddətləndiyi Ukraynaya veriləcək dəstəklə əlaqədar açıqlama olacağı gözlənilir.
NATO-nun baş katibi Jens Stoltenberg mövzu ilə  bağlı açıqlamada , "Bu addımlar Soyuq Savaşdan bu yana NATO-nun  hərbi gücünün möhkəmlətməsi istiqamətində 
ən böyük addım olacaq" deyə bildirib. Gücləndirilmə çərçivəsində 5 min əsgərdən ibarət yeni bir çevik ordu yaradılması və Polşa, Rumıniya və Bolqarıstanda kiçik NATO mərkəzləri şəbəkəsi qurulması planlaşdırıldığını bildirən  Stoltenbergin açıqlamalarına Rusiyadan cavab gecikməyib.

Rusiyanın NATO-daki xüsusi nümayəndəsi Aleksandr Gruşko, "çevik güc artırıma" qərarını döyüşə hazırlıq kimi qiymətləndirib.

Gruşko, "ittifaqın çevik qüvvələrini Rusiya sərhədi yaxınlığında yerləşdirməsi qərarının verilməsi NATO-nun hazırlaşdığı böyük savaş sahəsini yaxından araşdırma və döyüş strategiyasını müəyyənləşdirmə məqsədi daşıyır. Avropanın şərqində atılacaq bu addım, Rusiyanın baş düşmən görüldüyünü də biruzə vermiş olur." deyə cavab verib.

Xatırladaq ki, Ekspertlərin fikrincə Rusiya Dövlət Başçısı Vladimir Putin baş verən bu proseslərə soyuqqanlı yanaşdığını və Rusiya liderinin lazım olan mövqe bildirmək üçün NATO-nun belə bir qərarı rəsmən verməsindən sonraya saxladığını bildirirlər.
Bu arada bildirək ki, ABŞ Xarici İşlər Naziri Con Kerri də Ukrayna prezidenti Petro Poroşenkoyla görüşmək üçün  Fransa prezidenti Fransua Oland ilə Almaniya Baş naziri Angela Merkelin də bu gün Kiyevdə gedəcəklərini və Ukraynanın şərqindəki hadisələrlə əlaqədar problemin həlli üçün təkliflər təqdim edəcəklərini açıqlayıb.


Əlavə olaraq bildirək ki, Ukrayna prezidenti Petro Poroşenko isə verdiyi açıqlamaların birində, NATO dövlətlərini Ukraynaya silah dəstəyi verməyə çağırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar