Ruhani: ABŞ Yaxın Şərqdə heç vaxt ciddi vasitəçi olmayacaq
13.12.2017 966 0.0 0

ABŞ Yaxın Şərqdə heç vaxt ciddi vasitəçi olmayacaq.

Məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani "Twitter"dəki səhifəsində yazıb.

H.Ruhani bildirib ki, ABŞ-ın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması barədə qərarı Fələstin tərəfinin hüquqlarına hörmətsizlikdir və Birləşmiş Ştatların Yaxın Şərqdə sülh prosesində heç vaxt ciddi vasitəçi ola bilməyəcəyini sübut edir.

Qeyd edək ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar