Röya Ayxan Aygün Bəyləri məhkəməyə verib
27.12.2017 1207 0.0 0

Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəyləri məhkəməyə verib.

Bunu R.Ayxanın vəkili Vamiq Şükürov bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə məhkəmənin vaxtı və mülki iddianın məbləği açıqlanacaq: "Aygün Bəylər ARB televiziyasında müvəkkilimin şərəf və ləyaqətini təhqir etdiyi üçün onu məhkəməyə verdik. Yaxın günlərdə geniş məlumat veriləcək".

Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar