Rövşən Lənkəranskinin ad günündən FOTO
28.01.2016 1182 0.0 0

Dünən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin doğum günü olması barədə məlumat vermişdik. Qazeta.info Femida.az-a istinadla xəbər verir ki, uzun müddətdir görünməyən Rövşən Lənkəranskinin ad günündən fotolar yayılıb. 

Məlumata görə Rövşən Lənkəranski doğum gününü Moskvada möhtəşəm sarayların birində keçirib. Ad günündə oğru aləminin tanınmış simaları iştirak edib. 

Rövşən Lənkəranskinin Rusiyanın tanınmış qanuni oğrusu olan “Katoma” ləqəbli Tamaz Barkalaya ilə fotosu yayılıb. Ad günündən olan fotonu təqdim edirik.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar