Ronaldinyo karyerasını Braziliyanın futzal millisində davam etdirmək niyyətindədir
03.10.2017 749 0.0 0

Məşhur futbolçu Ronaldinyo futzal üzrə Braziliya yığmasının heyətinə daxil edilə bilər.

 

Məlumata görə, bu barədə “GloboEsporte” məlumat verib.

 

Məlumata əsasən, sabiq “Milan” və “Barselona” klubunun hücumçusu artıq Braziliya millisinin lideri Falkao ilə komandaya qoşulmasını müzakirə edib. Bundan əvvəl Ronaldinyo Hindistanda futzal yarışlarında gücünü sınayıb. O, 2016-cı ildə Hindistanın futzal üzrə Premyer liqasının “Qoa” komandasında çıxış edib.

 

Qeyd edək ki, ilin əvvəlində 37 yaşlı Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar