Roma papası Bakıya «Biz hamımız qardaşıq» şüarı altında gələcək
06.09.2016 631 0.0 0

Roma papası Fransiskin sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycan daxil olmaqla Qafqaza ikinci apostol səfəri çərçivəsində Bakıya nəzərdə tutulan gəlişi "Biz hamımız qardaşıq" rəsmi şüarı altında baş tutacaq.

TASS-a istinadən xəbər verilir ki, bu barədə Müqəddəs taxt-tacın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Şüar "İncildə Matfeyin sözləri (23,8) və Roma-katolik kilsəsinin "bütün insanlar vahid ailənin bir hissəsidir və qardaşlıq və dostluğa yönəlib" nəzəriyyəsi"ndən ilham alıb.

Bu, Vatikanın hazırkı suvereninin 16-cı xarici səfəri olacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar