Roma Papası Azərbaycandan danışdı
01.07.2016 768 0.0 0

Roma Papası Fransisk Azərbaycan səfərinin məqsədini açıqlayıb. Məlumata görə, Vatikanda görüş zamanı Papa deyib ki, ilk növbədə onun Azərbaycan və Gürcüstana səfəri xristianlıq dəyərləri ilə bağlıdır. "Birincisi, bu torpaqlarda qədim xristian köklərinin dəyərləri mövcuddur. Bu digər dinlər və mədəniyyətlərlə dialoq ruhudur".


Papanın fikirincə, ikinci səbəb sülhə aparan yol və ümidlə bağlıdır.

"Tarix bizi öyrədir ki, sülh yolu mütəmadi addımlar və böyük iradə tələb edir. Ona görə mənim arzum odur ki, hər bir insan barışığa öz töhfəsini versin", - deyə Fransisk bildirib.

Roma Papasının Azərbaycan və Gürcüstana səfəri 30 sentyabr-2 oktyabr tarixlərində baş tutacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar