Roma Papası Azərbaycan Prezidentini təbrik edib
24.05.2017 763 0.0 0

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 


Qazeta.info-nun məlumatına görə, təbrik mətnində deyilir:

 

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar