Rio-2016: Azərbaycan cüdoçusu qızıl medal qazanıb-FOTO
10.09.2016 1097 0.0 0

Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

 

Apasport.az saytının məlumatına görə, cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.

 

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

 

Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

 

Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar