Rio-2016: Azərbaycan atleti Paralimpiya Oyunlarında gümüş medal qazanıb
10.09.2016 750 0.0 0

Azərbaycan yığması Rio-2016 Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

 

Apasport.az saytının məlumatına görə, atlet Yelena Çebanu gümüş medala layiq görülüb.

 

O, 100 metrə məsafəyə qaçışda ikinci yeri tutub. Çebanu 11.71 saniyə nəticə göstərib. Paralimpiya çempionu isə kubalı Omara Durand olub – 11.40 saniyə.

 

Qeyd edək ki, daha əvvəl cüdoçular Ramil Qasımov qızıl, Bayram Mustafayev gümüş, Rövşən Səfərov isə bürünc medal qazanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar