Ərdoğanın yavəri ordudan xaric edilib
31.07.2016 597 0.0 0

FETO qruplaşmasına üzv olmaqda şübhəli sayılan daha 1389 hərbçi Türkiyə ordusundan uzaqlaşdırılıb.

Türkiyənin NTV telekanalına istinadən verilən məlumata görə, bununla bağlı qərar bu gün “Resmi qazete”də dərc edilib.
 
Ordudan uzaqlaşdırılanların mütləq əksəriyyəti – 1196 nəfəri Jandarma Qüvvələrinin mənsublarıdır. Konya, Kastamonu bölgə komandanları da daxil olmaqla, 18 jandarma generalı ordudan uzaqlaşdırılıb. Xaric edilənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yavəri (hərbi müşaviri) Ali Yazıçı və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akarın yavəri Levent Türkkan da var. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar