Ərdoğanın İŞİD-dən neft alması ilə bağlı yeni faktlar
09.12.2015 592 0.0 0

Almaniya mətbuatında Rusiyanın Türkiyə qarşı iddia etdiyi İŞİD –lə neft ticarəti ilə bağlı yeni faktlar ortaya çıxarıb. 

Məlumata görə, yeni faktlar Spiegel Online nəşri üzə çıxarıb. 

Amma dərc olunan faktlar Rusiyanın irəli sürdüyü iddiaları alt-üst edib. 

Rusiya hərbçilər dekabrın 3-də peykdən çəkilən şəkilləri təqdim edərək Türkiyəni İŞİD-lə neft ticarətində günahlandırıblar. Almaniya nəşri isə şəkillərlə bağlı yeni suallar ortaya çıxarıb. 

Nəşrin məlumatına görə, Putinin ittihamları üçün heç bir əsas yoxdur. Şəkillərdən biri Türkiyənin Silopi şəhərindən 11 km cənub-şərqdə tixacı, ikinci isə İraqın qonşuluqda yerləşən və kürdlərin yaşadığı Zaxa şəhərini əks etdirir. Ancaq bəhs edilən ərazilərin xəritəsinə baxdıqda aydın olur ki, bu ərazilər Su-24 təyyarəsinin vurulduğu ərazidən 500 km aralıdadır.

 

Şəkillərdən birinin çəkildiyi Silopi şəhəri və "Su 24"qırıcı təyyarəsinin vurulduğu ərazi


Nəşr yazır ki, təyyarənin İŞİD-dən alınan neftin nəqlin marşrutunu qorumaq üçün vurulduğu iddia etmək üçün bu şəkillər dəlil ola bilməz. Həmçinin araşıdırmalar nəticəsində məlum olub ki, şəkillərdə əks olunan ərazilər İŞİD-in nəzarətində deyil. Həmin ərazilər İŞİD-lə döyüşən Peşmərgələrin nəzarətindədir.

Rusiyanın Müdafiə Nazirliyi peykdən çəkildiyi iki şəkildə neftlə dolu 390 yük maşını görünür. Nazirlik şəkillərin 2015-ci ilin oktyabrın 18-də Suriyanın Dayr-ez-Zaur şəhərindən bir qədər şərqdə çəkildiyini iddia edir. Bu ərazi də qırıcı təyyarənin vurulduğu ərazidən aralıdır. Hətta bu belədirsə, bu maşınların hara hərəkət etdiyi sualı yaranır.

Məlumata görə, İŞİD silahlıları nefti Suriya və İraq ərazilərində satılır. Nəşr yazır ki, neftlə dolu maşınlar onlara məxsus ola bilərdi. Amma neft dolu maşınların sərhədlə hərəkət etməsi o demək deyil ki, onlar Türkiyəyə gedir. 

 

 

Rusiya və Türkiyə arasında baş verən təyyarə qalmaqlından sonra Vladimir Putin açıqlamasında Türkiyə prezidentinin və ailəsinin İŞİD-dən neft aldığını demişdi. Tükriyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə əgər bu faktlar öz təsdiqini taparsa istefa verəcəyini açıqladı. Amma ilk vaxtlar məsələ ilə bağlı heç bir fakt ortaya atılmamışdı. Müxtəlif mənbələrdən gələn etirazları görən Rusiyanın Müdafiə Nazirliyi şəkillər yaymağa məcbur oldu. 

Daha sonra Şimali İraq Kürd Muxtariyyatının rəsmiləri Rusiya Müdafiə Nazirliyinin İŞİD terror təşkilatın ayağına yazdığı neft avtosisternlərinin kürdlərə aid olduğunu bildiriblər. İraq Kürdüstanı parlamentinin energetika komitəsinin rəhbəri Şerko Cavdat deyib ki, bu avtosisternlər doğrudan da Türkiyəyə neft daşıyır, lakin kürd muxtariyyətinin rəhbərliyi bunu heç vaxt gizlətməyib. Amma Rusiya tərəfi muxtariyyatın bu açıqlamasına heç bir şərh verməyib. 

 

Rusiya Müdafiə Nazirliyinin yaydığı şəkillər


Ümumiyyətlə, Rusiya höküməti ilə yanaşı mətbuatı da baş verən hadisələrə çox sərt və Sovet təbliğat maşını prinsipləri ilə münasibət bildirdilər. Türkiyə höküməti və mətbuatı isə hadisələrə soyuqqanlılıqla yanaşdı. Türkiyənin baş naziri Əhməd Davudoğlu da Rusiyani Sovet təbliğat maşını prinsiplərindən çəkinməyə çağırdı. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar