Ərdoğanın evinin eskizlərini bu şəxslər ötürüb - Şok
30.10.2016 565 0.0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin eskizlərini DHKP-C-ə verən, bir vaxtlar Kəşfiyyat Şöbəsində xidmət edən FETÖ-çuların Məhməd Yılmazla Xəlil Karukuzulu olduğu ortaya çıxıb.


Qazeta.info Axar.az-a istinadla bildirir ki, ötən gün İstanbul Baş Prokurorluğu tərəfindən terror təşkilatı DHKP-C-ə qarşı aparılan əməliyyat zamanı 6 nəfər saxlanılıb. 
 
DHKP-C-nin keçmiş rəhbər şəxslərindən M.A-nın ifadəsi zamanı məlum olub ki, Ərdoğanın evinin eskizlərini məhz bu şəxslər verib:

 

"Təşkilatdan çıxmağa çalışdığım illərdə polis orqanları mənimlə əlaqə saxlayaraq, təşkilatın məni rahat buraxmayacağını və dövlətin mənə ehtiyacı olduğunu söylədilər. Polisə yardımçı olmaq üçün İstanbula gəldim. Məni keçmiş kəşfiyyat rəisi Məhməd Yılmaz və Əli İhsan Qaya qarşıladı. Ataşəhərdə mənə ev və maşın verdilər. Mən də təşkilatla yenidən əlaqə yaradaraq verilən məlumatları dövlətə ötürəcəyimi bildirdim. Şadı Özpolad və Hüseyn Fevzi Təkinlə əlaqə saxladıq. Təşkilat mənə yazışmaq üçün şifrəli mesaj göndərdi. Bunu polisə ötürdüm. Beləliklə, mənə gələn e-meylləri görə bilirdilər".
 
Adamlarımız lazım olanı edəcək

 

2002-2010-ci illər arasında isə İstanbul Kəşfiyyat Şöbəsinin qərargahında "Əhməd Bənna" adı altında kəşfiyyat işçisi kimi vəzifə aldığını söyləyən M.A "2007-ci ilin sonlarında Kəşfiyyat Şöbəsinin əməkdaşları Məhməd Yılmaz və Xəlil Karakuzulu mənə bir fləş yaddaş kartı verərək, bunu təşkilata verməyimi istədilər.
 
Kartın içərsində Prezident Ərdoğanın Üsküdardakı evinin planı var idi. Onların istəyi ilə kartı İkitellidə musiqi zalında bir nəfərə verdim", - vurğulayıb.

 

Müdirlərə "Təşkilatın bir şeydən xəbəri yoxdur, bu nə işdir" soruşdum. Onlar da "Sənin kimi bir neçə adamımız var, onlar içəridə lazım olanı edəcəklər" dedilər.
 
"Vəli Küçüyü öldürün" təlimatı
 
"Karakuzulu mənə Vəli Küçüklə bağlı Kadıköydə vəkil bürosuna getdiyini və onun öldürülməsinin lazım olduğunu söylədi. Bu məlumatı DHKP-C təşkilatının Türkiyə üzrə nümayəndəsi Sadiq Əroğluna verməyimi söylədi", - M.A qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar