Ərdoğanın beşinci nəvəsi dünyaya gəlib
11.12.2015 473 0.0 0

ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın beşinci nəvəsi dünyaya gəlib.

Qazeta.info "Report"-a istinadla  xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Dünyaya gələn körpə R.T.Ərdoğanın qızı Esranın 3-cü övladıdır. Esra-Berat Albayrak cütlüyünün Ahmet Akif və Mahinur adlı iki övladları var. Cütlüyün üçüncü övladı oğlandır.

Berat Albayrak Türkiyənin energetika və təbii ehtiyatlar naziridir.

R.T.Ərdoğanın oğlu Bilal və xanımı Reyyanın isə Ömər Tayyib (9 yaşında) və Ali Tahir (2 yaşında) adlarında iki oğulları var.

Məlumata görə, nəvəsi dünyaya gələn Türkiyə prezidenti bəzi rəsmi proqramlarını təxirə salıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar