Ərdoğandan xalqa çağırış: `Yastığınızın altındakı valyutanı lirəyə çevirin`
03.12.2016 884 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əhaliyə müraciət edərək milli valyuta olan lirəyə dəstək verməyi çağırıb.
 
Türkiyənin "Hürriyet" qəzetinə istinadən verilən xəbərə görə, İstanbulda çıxış edən ölkə başçısı qeyd edib ki, milli valyutaya dəstək verənlər zərərlə üzləşməz: "Yastığınızın altındakı xarici valyutanı lirəyə və qızıla çevirin. Bizi yıxmaq istəyənlərə qarşı çıxın və milli valyutamıza dəstək verin. Milli valyutımız sizə zərər verməz".
 
Ərdoğan əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinə ticarət dövriyəsində yerli valyutadan istifadə etməyi təklif edib. "Təklif etdim ki, Rusiyadan məhsulları rublla alaq, Rusiya isə Türkiyədən aldığı məhsullara görə lirə ilə ödəniş etsin. Həmin təlkifi Çin rəhbərliyinə də etdim. Tərəflər bu təlkifi müsbət qarşıladı", - deyə prezident qeyd edib.
 
Dövlət başçısı qlobal böhranın Türkiyəyə az təsir etdiyini dilə gətirib. "2008-ci ildə cərəyan edən böhranı necə atlatmışıqsa, hazırda cərəyan edən böhranı da o cür keçəcəyik", - deyə Ərdoğan bildirib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar