Ərdoğandan Davudoğlunun istefasına reaksiya - Bu işin uzanması ziyanlı ola bilərdi
06.05.2016 745 0.0 0

"Uzun müddətdir birlikdə çalışdığım hörmətli Əhməd Davudoğluna təşəkkür edirəm". Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O deyib ki, bu günlərdə türk gəncliyinin bəzi problemləri var. "Aramızdakı birliyin daha da güclənməsi lazımdır. AKP mayın 22-də qurultay keçirəcək. Baş nazir namizəd olmamaq haqda qərar verib. Millətimiz bu ölkə üçün daşı-daş üstünə qoyan adamları əsla unutmaz. Mən də hər kəsin hüzurunda uzun müddət birlikdə çalışdığım Davudoğluna təşəkkür edirəm. Bu xidmətlər bir növ bayraq yarışıdır. Mən də bu bayrağı Abdullah Güldən almışdım. Millətim məni prezident seçdiyi üçün mən də bu bayrağı Davudoğluna ötürmüşdüm. Xidmətimiz bu formada davam edəcək. Bu bayrağı alacaq yeni yoldaşımıza indidən uğurlar arzu edirəm".

Saat 13:25

Türkiyənin baş naziri Əhməd Davudoğlunun gözlənilməz istefası bütün dünyanın diqqətini Türkiyəyə topladı. Bu fonda ən çox gözlənilən isə, heç şübhəsiz, prezident Rəcəb Tayyib Ərdoğanın reaksiyası idi. Ötən gün o, bir cümlə ilə baş verən hadisələri şərh etdi. Lakin bu, yetərli olmadı. Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ərdoğan ilk dolğun açıqlamasını hakim partiya - Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərinə verib.  


“Baş nazirlə aparılan qiymətləndirmədən sonra o, partiyanın qurultayını çağıracağını dedi. Mən də xeyirli olsun dedim. Necə ki mən ona bu vəzifəni təhvil verdim, o da başqasına verər. Bu işin uzanması zərər verə bilərdi. Biz hər zaman özümüzü yeniləyərək güclənən bir hərəkatıq. Bu günə kimi heç kimsə, heç bir hərəkət birliyimizi poza bilmədi, bundan sonra da poza bilməz. Özümüzü yeniləyərək daha da güclənəcəyik". 

Ərdoğan hazırda ölkədə olan idarəçilik  üsulundan da şikayətlənib. O, partiyasına (red. AKP) özünün üzv ola bilmədiyini deyib. "Bütün əlaqəm kəsilib. Bu, doğru deyil. Dövlət içində ikibaşlılıq olmaz". 

 

Davudoğlunu qarşılamaq üçün Konya hava limanına toplaşanlar

Ötən gün  keçirilən AKP qurultayında istefasını açıqlayan Türkiyənin baş naziri Əhməd Davudoğlu anadan olduğu şəhərə - Konyaya gedib. Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 22 mayda keçiriləcək qurultayda namizəd olmayacağını açıqlayan Davudoğlunu qarşılamaq üçün onlarla həmyerlisi hava limanına toplaşıb. Toplaşanlar əyinlərinə onun fotoları əks edilən geyimlər geyiniblər. Konya hava limanında toplaşanların qarşısına çıxan nazir ancaq bir cümlə deyib: "Sağ olun. Cüməniz mübarək olsun, Allah ölkəmizə zaval verməsin". 

Bundan başqa Ə.Davudoğlunun bu gün Dənizliyə olan səfəri də təxirə salınıb. Şəhərdə İqtisadi Koordinasiya Şurasının toplantısı olmalı idi. Lakin baş nazirin ötən günkü qərarından sonra  tədbir təxirə salınıb. ​

Əhməd Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davudoğlunu baş nazir vəzifəsinə təyin edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar