Ərdoğandan azərbaycanlı əsgərə toy hədiyyəsi (VİDEO, FOTO)
03.08.2015 690 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il cəbhə xəttində yaralanan, uzun müddət Türkiyədə müalicə edilən azərbaycanlı əsgərə toy hədiyyəsi göndərib. 

Məlumata görə, əsgər Elvin Əsgərov ötən il erməni gülləsi nəticəsində ağır yaralanmışdı. Bir neçə həftə öncə toyu olan Elvinə prezidentin adından məişət əşyaları hədiyyə edilib. 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) rəhbəri Sərdar Çam, AK Parti (hakim Ədalət və İnkişaf Partiyası) Ankara millət vəkili Lütfiyə Selva Çam ilə azərbaycanlı deputat Məlahət İbrahimqızı TİKA Bakı Koordinasiyasında əsgər və ailəsini ziyarət ediblər. Gənc ailəyə hədiyyələr bu görüşdə təqdim edilib. 

Əsgərov türk dövlətinə və rəsmilərə təşəkkür edib. 

"Məni sağaldıb vətənimə göndərdiniz. Allah hamınızdan razı olsun. Göydə Allah, yerdə iki dövlətimizdir. Mənim üçün Azərbaycanla Türkiyənin heç bir fərqi yoxdur. Allah şəhidlərimizə rəhmət etsin". 

 

 

 

 

Qeyd edək ki, ötən ilin iyul ayının sonunda düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən Azərbaycan Ordusunun 9 əsgəri şəhid olub. Yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.

M. İbrahimqızı Türkiyədəki terror hadisələri ilə bağlı təssüfüünü dilə gətirib. "Türk dünyasının qüruru olan Ərdoğanın bu qədər çox işinin olmasına baxmayaraq Elvini unutmamasını və onu toyu münasibəti ilə təbrikini unutmayacağıq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ümid edirik ki, bir daha belə hadisələr baş verməyəcək". 

TİKA sədri Azərbaycana səfəri çərcivəsində TİKA layihələrinə qatılanlala da görüşüb. Görüşdə Azərbaycan Arıçılar Birliyinin üzvləri də iştirak ediblər. Onlara 35 bal süzmə avadanlığı verilib. 

Azərbaycan Arıçılar Birliği rəhbəri Şamil Quliyev TİKA ilə 4 ildir əməkdaşlıq etdiklərini, bu müddət ərzində 500 arıçının təlim gördüyünü deyib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar