Ərdoğan və Tramp Türkiyənin S-400 sistemlərini almasını müzakirə ediblər
30.04.2019 490 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Qazeta.info -nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti administrasiyasından bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin almasını müzakirə ediblər: "Bizim prezident bu gün ABŞ prezidenti Donald Tramp ilə telefonla danışıb, o, S-400 üzrə işçi qrupunun yaradılması ideyasını səsləndirib".

Bunda əlavə, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə sıx əməkdaşlıq etməkdə razılaşıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar