Ərdoğan və Putin arasında növbəti görüş olacaq
16.12.2016 987 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada görüşəcək. 

TASS-a istinadən xəbər verilir ki, bunu Yaponiyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Sindzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında deyib. 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla srağagünkü telefon danışığımızda Suriyadakı münaqişənin dayandırılması üçün Qazaxıstanın paytaxtı Astanada görüşə biləcəyimizi razılaşdırdıq”, - deyə dövlət başçısı əlavə edib.

V.Putin Hələblə bağlı atılacaq növbəti addımlar barədə bunları deyib: “Növbəti mərhələ bütün Suriya ərazisində atəşin tamamilə dayanmasına nail olmaqdır”./Report/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar