Ərdoğan Trampın prezident seçilməsinə münasibət bildirib
09.11.2016 1808 0.0 0

"ABŞ-da yeni dövr başlayır. ABŞ xalqının bu seçiminin xeyirli olmasını diləyirəm". 

NTV-yə istinadən verdiyi məlumata görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın ABŞ-ın yeni prezident seçilməsinə münasibət bildirərkən deyib. 

"ABŞ-da prezident seçkisi keçirildi və nəticədə demokratlar iki prezidentik dövründən sonra iqtidarı təkrar respublikaçılara təhvil verdi. Bu, ABŞ xalqının seçimidir və bunun dünyada istər hüquq və azadlıq, istər demokratiya, istərsə də regiondakı proseslərdə xeyirli addımların atılmasına səbəb olmasını arzulayıram", - deyə o qeyd edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar