Ərdoğan: Terrorçulardan dostlarımızın silahları çıxdı
21.11.2016 835 0.0 0

Terror təşkilatlarından dostlarımızın silahları çıxdı. Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO Parlament Assambleyasının iclasında deyib.

R.T.Ərdoğan qeyd edib: "İraq və Suriyada bizim terror təşkilatı elan etdiyimiz qruplaşmalardan dostlarımızın silahları çıxdı. Biz bu faktı açıqlayanda onları terrorçu kimi qəbul etmədiklərini, onların İŞİD-ə qarşı savaşdıqlarını bildirdilər. Elə isə "Cəbhət ən-Nüsra"nı da terror təşkilatı saymayın, axı onlar da İŞİD-lə döyüşür. Bir terrorçuya başqa terrorçu ilə savaşdığı üçün "yaxşıdır" demək olarmı?"

Prezident Türkiyənin bu bölgənin nəbzini çox yaxşı tutan ölkə olduğunu bildirib: "Onlarla bizim tarixi, mədəni, qohumluq əlaqələrimiz var. Hələbi vuranlar bəllidir, bəs Qərb Hələbdə yaşayanların Qaziantep və Kilisdə yaşayanlarla qohumluq əlaqələri olduğunu bilirmi?"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar