Ərdoğan dünyaya səsləndi: Bu hüququn qətlidir
16.06.2015 695 0.0 0

Misir məhkəməsi iyunun 16-da ölkənin keçmiş dövlət başçısı Məhəmməd Mursi çıxardığı ölüm hökmünü təsdiqləyib.

Məlumata görə, hökmün elan olunmasından bir neçə saat öncə Qahirə məhkəməsi Mursini dövlətə xəyanət və xarici dövlət lehinə casusluq maddələri üzrə ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda, məhkəmənin “Müsəlman qardaşları” hərəkatının digər üç lideri barəsində çıxarılan ölüm hökmləri də təsdiqlənib.

Bundan başqa, hərəkatın xarici ölkələrə sığınan daha 13 yüksək vəzifəli üzvü də qiyabi olaraq ən yüksək cəzaya məhkum olunub.

Dövlətə xəyanət və xarici dövlət lehinə casusluq, həmçinin 2011-ci ilin yanvar inqilabı günlərində məhbusların həbsxanalardan kütləvi qaçışı barədə məhkəmə prosesi 16 aya qədər davam edib. İyul ayının axırında Məhəmməd Mursini daha bir məhkəmə proses gözləyir.

Hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılaraq həbs edilən sabiq prezidentin vəkilləri hökmdən ölkənin ali məhkəmə orqanına şikayət etməyi planlaşdırırlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir məhkəməsinin çıxardığı qərara "Hüququn, əsas hüquq və azadlıqların qətlə yetirilməsi" formasında münasibət bildirib. 

Ərdoğan Misir Məhkəməsinin çıxardığı qərarı şiddətlə qınadığını bildirməklə yanaşı beynəlxalq ictimaiyyəti hakimiyyəti çevriliş yolu ələ keçirən Misir hökümətinə səssiz qalmaqda ittiham edib. 

"Misirdə sülhü ciddi şəkildə təhlükəyə soxa biləcək bu gedişata son verilməsini, çevrilişlə hakimiyyətə gələnlərin təlimatlarıyla verilən edam qərarlarının geri alınması üçün beynəlxalq cəmiyyəti hərəkətə keçməyə çağırırıq"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar