Ərdoğan Çavuşoğlunu Rusiyaya göndərir
27.06.2016 947 0.0 0

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun 1 iyulda Rusiyanın Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısına qatılacağı açıqlanıb.

Məlumata görə, rəsmi Moskva Rusiyanın Qara dəniz sahilindəki kurort şəhəri hesab olunan Soçidə 1 İyulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) konfransı üçün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna dəvət göndərib. 

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya dövlət başçısı Putinə göndərdiyi məktubdan sonra xarici işlər naziri Çavuşoğlunun Soçiyə getməsi dəqiqləşib.

Bu çərçivədə Çavuşoğlunun QDİƏT Zirvəsi əsnasında rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüşü də nəzərdə tutulur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar