Ərdoğan Binəli Yıldırıma yeni hökuməti qurmağı tapşırıb
22.05.2016 808 0.0 0

Binəli Yıldırım 1405 səslə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri seçilib.

Qazeta.info "Report"-a istinadən xəbər verir ki, o, ƏİP-nin bazar günü Ankarada keçirilən növbədənkənar qurultayında bu vəzifəyə layiq görülüb.

 

Bildirək ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri Binəli Yıldırıma yeni hökuməti formalaşdırmağı tapşırıb.

Məlumata görə, bu haqda Türkiyə prezidentinin saytının rəsmi bəyanatında bildirilir.

"Prezident Binəli Yıldırıma Türkiyə Cümhuriyyətinin 65-ci hökumətini qurmağı tapşırıb və ona müvəffəqiyyətlər arzulayıb" - deyə açıqlamada qeyd olunur. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar