Ərdoğan: `İŞİD Suriyadan Misirin Sinay yarımadasına göndəriləcək`
05.12.2017 726 0.0 0

“Suriyanın Raqqa bölgəsində aparılan əməliyyatlar başa çatandan sonra oradakı terrorçu İŞİD qruplaşmasının silahlıları Misirin Sinay yarımadasına göndəriləcək”.

“Haberler”ə istinadən xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədr olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.

O vurğulayıb ki, Türkiyə NATO-ya üzv dövlətlər arasında terrorçu İŞİD qruplaşmasına qarşı əməli olaraq mübarizə aparan yeganə ölkədir: “Türkiyənin antiterror əməliyyatlarına mane olmaq üçün terrorçulara silah verən müttəfiqimizi necə qəbul edə bilərik?”

Qeyd edək ki, ABŞ və Rusiya Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasından təmizləndiyini bildirib. Bu şəhəri İŞİD özünə “paytaxt” elan etmişdi. Terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-nin Raqqanı tərk etməsi üçün İŞİD-lə razılaşdığı da təsdqilənib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar