Rayon maşınları paytaxta buraxılmayacaq
23.07.2015 618 0.0 0

Bölgə qeydiyyatı olan yük və minik avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır. Məlumata görə, maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin, ayrı-ayrı regionlarda qeydiyyatda olan minik avtomobillərinin saat 7-dən 22-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər qoyulacaq. Bu xüsusi icazəsi olan avtomobillərə və maksimum kutləsi beş tondan aşağı paytaxt qeydiyyatı olan yük avtomobillərinə şamil olunmur.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, sürücülər məhdudiyyətlər tətbiq ediləcək avtomobillərini paytaxtın giriş hissələrində təşkil edilmiş dayanacaqlarda saxlayacaqlar. 

Bu dayanacaqlar şəhərin giriş hissələrində yaradılır. Həmin dayanacaqlar hər bir lazımi şəraitlə təchiz olunacaq və ödənişsiz olacaq. Elə həmin dayanacaqlarda sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması həyata keçiriləcək.

Onu da vurğulayaq ki, tədbirlər planına əsasən, paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi dayanacaqların, yerüstü piyada keçidlərinin yaradılması həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl paytaxta yükmaşınlarının vərayon qeydiyyatı olanmaşınların girişinə məhdudiyyət qoyulmuşdu. 

Daha sonra ləğv olunan qadağanın yenidən qüvvəyə minəcəyi güman olunur. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar