Rauf Mirqədirov İsveçrədən sığınacaq istəyib
01.11.2016 538 0.0 0

Sentyabrın 16-da ölkədən gedən jurnalist Rauf Mirqədirovun İsveçrə hökumətinə sığınmaq məqsədilə müraciət etdiyi bildirilir.

Qazeta.info "Qafqazinfo" -ya istinadla xəbər verir ki, bu haqda “Azadlıq” radiosuna vəkil Fuad Ağayev danışıb.

Vəkilin sözlərinə görə, R.Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq istəyir: "Mənim bu haqda informasiyam ancaq bu qədərdir".

2014-cü ilin aprelində Türkiyədən Azərbaycana deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülmüşdü. 

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mirqədirova 6 il həbs cəzası verilsə də, bu il Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı hökmü dəyişdirərək, 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib və o, azadlığa çıxıb. 

Qeyd edək ki, R.Mirqədirovun ailəsi hələ o, həbsdə olanda İsveçrəyə getmişdi.


Digər xəbərlər:
Şərhlər
avatar