Ramin Quluzadə: Azərbaycan regional tranzit mərkəzinə çevrilir
05.12.2017 705 0.0 0

Bu gün Azərbaycan həm logistika, həm də informasiya mübadiləsi sahəsində regional tranzit mərkəzinə çevrilir.

Məlumata görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "BakuTel - 2017" 23-cü Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisinin açılışında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan tranzit regional informasiya magistralının tikintisi üzrə davamlı işlər aparır: "Sərgi-konfrans çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər İKT sektorunun inkişafına öz töhfəsini verəcək".

R.Quluzadə xatırladıb ki, bu tədbir artıq 23 ildir keçirilir: "BakuTel" bu sahədə çalışan insanları birləşdirən mühüm hadisədir. Sərgi-konfrans aparıcı biznes rəhbərlərinin və mütəxəssislərin görüş yeridir. Tədbirdə bu sektorun gələcək inkişafına dair mühüm qərarlar qəbul olunur".

Nazir əlavə edib ki, sərgidə yeni startap layihələri də nümayiş olunacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar