Ramil Usubov yeni polis rəisləri təyin etdi
30.03.2016 679 0.0 0

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini Elsevər Qədirov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin rəis müavini Bayram Alıyev isə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar