Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək
12.11.2016 765 0.0 0

Daxili işlər naziri Ramil Usubov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 26-da saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsinin binasında keçiriləcək qəbulda Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
 
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
 
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar