Ramil Usubov Ramiz Mehdiyevin yaxın qohumuna yeni vəzifə verdi
07.09.2016 1818 0
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Qazeta.info bildirir ki, nazirlikdən Bizimyol.info-ya daxil olan məlumata görə, nazir Ramil Usubovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovniki Sabiq Quliyev tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə S.Quliyev Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis müavini təyin olunub. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini Levan Qurskaya isə Baş Mühafizə İdarəsinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Levan Qurskaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yaxın qohumu, baldızının oğludur
Digər xəbərlər:
Şərhlər




