Ramazan ayında bunları yeyin (FOTO)
22.06.2015 912 0.0 0

Müqəddəs Ramazan ayı davam edir. Bu ay bu il də yay aylarına təsadüf etdiyi üçün oruc müddəti daha uzundur. İsti hava şəraitini nəzərə alsaq oruc tutmağın kifayət qədər çətin olduğunu görmək elə də çətin deyil. 

Ramazan ayaında uzun müddət tox saxlayacaq məhsulları araşdırılıb. Türk dietoloq Nesrin Eriş uzunmüddətli aclığa dözmək üçün məsləhətlərini təqdim edirik. 

Qoz 
Tərkibindəki Omega-3 yağ asitləri sayəsində aclığa bağlı olaraq yaşana biləcək unutqanlıq, diqqət dağınıqlığının qarşısını alır. Sağlam bir Ramazan ayaı keçirmək üçün gündə 2-3 ədəd qoz yemək kifayətdir. Bu çərəz həm də tox qalmağa kömək edir. 

Yumurta
Ana südündən sonra orqanizm üçün ən yayrlı protein qaynaqlarından biridir. İmsaqda bir yumurta bədən üçün lazım olan protein ehtiyacının qarşılanmasına kömək edəcək. Protein isə həm də uzun müddət tox qalmaq deməkdir. 

Yulaf kəpəyi
Bitgi proteinləri və liflərlə zəngin, qlisimik indeksi aşağı olan yulaf uzun müddət tox saxlayır və qan şəkərinin düşməsinin qarşısını alır. Tərkibindəki B qrupu vitaminlər oruc tutarkən stresi aza ldır və yaddaşı qüvvətləndirir. 

Qatıq 
Tərkibindəki yüksək miqdardakı kalsium sayəsində qarın nayihədəki yağ yandırılmasını sürətləndirir. Özəlliklə iftardan 2 saat sonra bir stəkan qatıq içmək Ramazan ayında çəkiyə nəzarətə kömək edəcək. 

Darçın 
Bu ədviyyatdakı karbon polimerləri metabolizma üzərində təsirə malikdir. Buna görə qan şəkərini tənzimləyir. Ramazan süfrəsində uzun müddət aclıqdan sonra qəbul edilən qidaların qan şəkərini yüksəltməsinin qarşısını alır. 

Acı bibər
Bibərə acılıq verən kapciasin maddəsi metobolizmanı sürətləndirir, toxluq müddətini artırır. Bağırsaqların işini sürətləndirir ki, bu sayədə Ramazan ayında çəkiyə nəzarətə kömək edir. 

Brokoli
C vitamini, dəmir, protein, kalsium, xrom, K və A vitamini ilə zəngin olan bu tərəvəz əla lif qaynağıdır. Qan şəkərini tənzimləyir və uzun müddət tox saxlayır. /anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar