Rafael Ağayev Döyüş Karate təşkilatının üzvü oldu – VİDEO
06.04.2018 2447 0.0 0

Azərbaycan karateçisi, beşqat dünya və onqat Avropa çempionumuz Döyüş Karate (Karate Combat) təşkilatının üzvü olub.

Qazeta.info Oxu.az-a istinadla xəbər verir ki, artıq idmançımız bu təşkilatda ilk döyüşünü keçirib.

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş döyüşdə Dominikan idmançısı Dionisio Qustavo ilə qarşılaşıb. Bu döyüşdə “Brilyant oğlan” zədələnsə də, 35 yaşlı rəqibi ilə görüşü qələbə ilə başa vurub.

Qeyd edək ki, bu təşkilatda karateçilər ənənəvi karate geyimlərində çıxış etmirlər və qaydalara görə, bir-birlərinə tam zərbə vura bilərlər. Onların çıxış etdikləri zallar da fərqli olur. Hazırda bu təşkilata dünyanın Top-100-də qərarlaşmış 30-dan çox ölkəsindən karateçi üzvdür.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar