Rabitə və Yüksək Texnologiyalar nazirindən yeni təyinat
02.02.2016 624 0.0 0

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub.
 
Nazirlikdən verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə bu vəzifəyə Əli İzzət oğlu Abdullayev gətirilib.
 
Ə. Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.
 
O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar