Rəsmi şəxslər referendumda səs verirlər - FOTO
26.09.2016 507 0.0 0

Azərbaycanın dövlət və hökumət nümayındələri referendumda səs veriblər.
 
APA-nın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev 20 saylı Nərimanov II Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.
 
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də eyni məntəqədə səsvermə hüququndan istifadə edib.
 
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da səsvermədə iştirak edib.
 
Nazir 17 saylı Yasamal III Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.
 
Maliyyə naziri Samir Şərifov isə 36 saylı Xətai IV Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
 
 
***
 
saat 10.15
 
 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev səsvermədə iştirak edib.
 
APA-nın əməkdaşı xəbər verir ki, DTX rəisi 20 saylı Nərimanov II Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.
 
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də eyni məntəqədə səsvermə hüququndan istifadə edib.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar