Rəqqasə Fatimə parkda konsert verəcək
10.06.2015 822 0.0 0

Suraxanı rayonu Heydər Əliyev parkında 15 İyun Milli Qurtuluş Günü və 1-ci Avropa Oyunlarına həsr olunan konsert proqramı keçiriləcək.

Bu barədə Qazeta.info-ya konsertin təşkilatçısı, rejissor Nail Naiboğlu məlumat verib. O, bildirib ki, tədbirdə əsasən rəqqasə Fatimə Fətəliyeva solo konsert proqramıyla çıxış edəcək:

““Ana Vətən” adlanan konsert proqramı 14 iyun axsam saat 21.00-da Suraxanı rayonu Heydər Əliyev parkında olacaq. Konsertdə rəqqasə Fatimə quruluş verdiyi 12 rəqs nömrəsini ifa edəcək. Həmçinin konsert zamanı mədəniyyət və incəsənət nümayəndələri də çıxış edəcəklər.”

Qeyd edək ki, bu, N.Naiboğlu ilə F.Fətəliyevanın ilk birgə yaradıcı işi deyil. Onlar bundan əvvəl də bir neçə yaradıcı işlərini həyata keçiriblər.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar