Rəmişin Gülüsündən şok açıqlama - «Gətirdiyi qadınla bir yerdə yaşadıq...»
29.09.2015 997 0.0 0

Xalq artisti Rəmiş Hüseynov və həyat yoldaşı Gülü ilə birlikdə “ATV”də yayımlanan “Bir sevgi hekayəsi” verilişinin qonağı olub.

Qazeta.info “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, xalq artistinin həyat yoldaşı ailə münasibətlərindən bəhs edib:

“Ögey anam məni yola vermədiyi üçün kirayədə yaşayırdım. Həmin dövrdə Rəmişlə rastlaşdım, mənə qalacaq yer tapacağını dedi, amma razılaşmadım. Məni sınayırdı. Daha sonra evləndik. Bir müddət sonra evə qadın gətirdi. 4 ay onunla bir evdə yaşadıq. O qadına qızım kimi baxırdım, dalaşmırdıq. İndi də rastlaşsam, salamlaşaram. Nə o qadını, nə Rəmişi qınayıram. Onların qisməti belə imiş”. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar