Ərəblərin F-16 qırıcısı itdi
11.05.2015 654 0.0 0

Səudiyyə Ərəbistanın rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəməndə apardığı hərbi əməliyyatlar zamanı Mərakeşə aid F-16 qırıcısı itkin düşüb. 

Məlumata görə, Mərakeş hərbi hava donanması qırıcı təyyarənin itməsi barədə xəbəri təsdiq edib. 

Hadisə barədə ətraflı məlumat verilməsə də mövzu ilə əlaqədar araşdırmaların davam etdiyi bildirilir. 

Xatırladaqki, Yəmən prezidentinin dəvəti ilə martın 26-da koalisiya qüvvələri ölkədəki hərbi vəziyyətə müdaxilə etmişdilər. 

Ötən gün isə Yəməndə mayın 12-də qüvvəyə minmək üzrə 5 günlük atəşkəs elan olunub./anspress/ 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar