Ərəb turistlərin Azərbaycana axınının daha bir SƏBƏBİ
06.10.2016 1076 0.0 0

Ötən aylar ərzində Bakıya gələn ərəb turistlərin sayının xeyli artmasında Bakıda keçirilən Formula-1 Avropa Qran Prisinin də rolu var.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, Bakıda keçirilən Avropa Qran Prisi ilə bağlı ərəb ölkələrində geniş təbliğat işi aparılmış, videoçarxlar nümayiş etdirilmiş və ölkəmiz barədə geniş məlumat təqdim edilmişdi.

Onun sözlərinə görə, aparılan işlər öz nəticəsini verib və ərəb ölkələrində Avropa Qran Prisinə böyük maraq yaranıb:

"Formula-1 Avropa Qran Prisi yarışlarına bilet alanların içərisində ərəb ölkələrinin vətəndaşları üçüncü yerdə olub. Bu baxımdan hesab edirəm ki, çoxlu sayda ərəb turistlərin Azərbaycana gəlməsində Formula-1 Avropa Qran Prisinin də rolu olub”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar