Qorxunc XƏBƏRDARLIQ: min atom bombası... - azı 90 min adam öləcək
29.12.2015 1067 0.0 0

Mütəxəssislər 640 min ildir partlamayan ABŞ-dakı Yelloustoun vulkanında yeni bir partlayış dövrünün yetişdiyi barədə xəbərdarlıq edirlər.
 

Xarici mediaya istinadən verilən xəbərə görə, partlayışın bütün dünyada bir fəlakətə səbəb ola biləcəyi ehtimal olunur.
 
Mütəxəssislər hesab edir ki, Yellouston Milli Parkın ərazisindəki “super vulkan” dünyanın ortasında qurulmuş nəhəng bir saatlı bombanı xatırladır və partlayış gücü min atom bombasına bərabərdir. Yalnız partlayış anında ən azı 90 min adamın öləcəyi və min millik bir əraziyə vulkan külünün yayılacağı billdirilir. Partlayışın ABŞ-a verəcəyi zərərin isə 3 trilyon dollar olacağı təxmin edilir.
 
Bəzi vulkanoloqların iddiasına görə, bu vulkan sonuncu dəfə 70 min il əvvəl püskürüb. Sonuncu böyük partlayış isə 640 min il əvvəl baş verib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar