Qızıl Xaç girovlara baş çəkdi
26.08.2015 557 0.0 0

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK-nın nümayəndələri Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailələrinin vəziyyəti haqqında məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.

İ. Hüseynovanın sözlərinə görə, komitə girovlara ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.


Ötən ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüblər. Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər.

 

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar./anspress/


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar