Qızıl dolu qatara aydınlıq gətirildi (VİDEO, FOTO)
03.09.2015 1404 0.0 0

Polşanın Mərkəzi Bankı ölkədə keçmiş nasist Almaniyasına məxsus qiymətli əşyalarla dolu qatar tapılması ilə bağlı məlumatın yalan olduğunu bəyan edib.

Məlumata görə, Bankın rəhbəri Marek Belka bunun tamamilə uydurma olduğunu bildirib. Polşa mədəniyyət nazirinin müavini ötən həftə belə bir qatarın tapılmasına demək olar ki, əmin olduğunu bəyan etmişdi.

 


Marek Belka

 

Qızıl və digər qiymətli əşyalar olan qatarın keçmiş yeraltı tunellərdən birində olduğu bildirilirdi. Məlumatlara görə, Nasist Almaniyası qatarı Polşadan çıxarmaq istəyirmiş. Amma bu baş tutmayıb və qatar Polşa ərazisində qalıb.

 


1945 ci illərdə istifadə olunan qatarlar

Bir müddət əvvəl yayılan xəbərlərdə Polşadan və Almaniyadan olan iki nəfər xəzinə axtaranın yerin altından qızılla dolu qatar tapdıqları iddia edilirdi.150 metr dərinlikdən tapılan qatarda 300 tona yaxın qızılın olduğu bildirilirdi. Məlumata görə, xəzinənin əsas hissəsini İkinci Dünya Müharibəsi zamanı həbs düşərgələrinə gətirilən əsirlərin üzükləri təşkil edib.


Əsirlərin barmaqlarından çıxarılan üzüklər/anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar